Xəbər lenti

Zelenski III Çarlzla görüşdü
Dünya22:54 02.03.2025

Zelenski III Çarlzla görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə Norfolkdakı Sandringem malikanəsində görüşüb.
"Report” xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.
Ukrayna lideri Londondan helikopterlə yola düşərək kral və kraliçanın çox vaxt keçirdiyi malikanəyə gəlib. Monarx siyasətçini şəxsən qarşılayıb.
Tərəflər bir az söhbət edib və içəri girməzdən öncə eyvanda birgə şəkil çəkdiriblər.