Xəbər lenti

Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq? - Özü açıqladı
Dünya06:45 11.10.2023

Zelenski ikinci dəfə prezidentliyə namizəd olacaq? - Özü açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra ikinci müddətə namizəd olmayacağını bildirib. Amma müharibə zamanı seçkilər keçirilsə, prezidentliyə namizəd olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı "Digi24” telekanalına müsahibəsində bildirib.
"Müharibə davam etsə - bəli, müharibə bitsə - xeyr. Müharibə zamanı mən qaça bilmərəm", deyə Zelenski cavab verib.
Eyni zamanda, prezident müharibənin bitməsinin dəqiq tarixini açıqlamayıb, lakin Ukraynanın "son mərhələdə" olduğunu vurğulayıb.
"Düşünürəm ki, biz son mərhələdəyik. Çoxlu qorxularımız, pulumuz, silahlarımız var, lakin sonuncu mərhələdə, ən çətinindəyik", deyə Zelenski bildirib.
Nizami Bağırov