Xəbər lenti

Zelenski istefa verməyənə qədər Tramp Ukraynaya yardımı bərpa etməyəcək - KİV
Dünya 17:23 10.03.2025

Zelenski istefa verməyənə qədər Tramp Ukraynaya yardımı bərpa etməyəcək - KİV

Nə qədər ki, prezident Volodimir Zelenski istefa verməyib, ABŞ Ukraynaya yardımların tədarükünü bərpa etməyi planlaşdırmır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır.

"Donald Tramp Ukraynaya silah tədarükünü dayandırmaqla Zelenskini istefaya məcbur edir və ölkədə seçkilərin keçirilməsinə nail olmağa çalışır", - xəbərdə deyilir.  

Məqalədə qeyd olunur ki, bundan əvvəl Politico nəşri amerikalı rəsmilərin artıq Zelenskinin siyasi rəqibləri – Yuliya Timoşenko və Petro Poroşenko ilə görüşərək mümkün seçkiləri müzakirə etdiyini yazmışdı.  

Eyni zamanda, politoloq Tomas Yeger BILD-ə müsahibəsində Trampın Zelenskidən 2020-ci ildə Hanter Bayden barədə kompromat təqdim etməməsinin əvəzini çıxmaq istədiyini bildirib. O əlavə edib ki, Putin də üç ildən çoxdur ona meydan oxuyan Zelenskinin vəzifədə qalmasını istəmir.  

"Düşünürəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrov üç həftə əvvəl amerikalı həmkarı Marko Rubio ilə görüşdə deyib: Zelenski ilə heç nə etmək mümkün deyil", – deyə Yeqer qeyd edib.  

Bununla yanaşı, politoloq xəbərdarlıq edir ki, Ukraynada mümkün yeni seçkilərin təşkili çətin olacaq və "bu, Putin üçün onların nəticələrini manipulyasiya etmək üçün ideal imkan yaradacaq".  

"NBC News" yazır ki, Vaşinqton və Kiyev arasında imzalanmış faydalı qazıntılarla bağlı razılaşma Ukraynaya yardımların və kəşfiyyat məlumatlarının bərpası üçün kifayət etməyəcək. Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən güzəştə getməyə, o cümlədən ərazi güzəştlərinə hazır olmasını istəyir. O, həmçinin Zelenskinin Ukraynada seçkilərə doğru addımlar atmasını və mümkün istefa variantını nəzərdən keçirməsini tələb edir.  

Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, Ukrayna Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda ABŞ-ı hərbi və kəşfiyyat dəstəyini bərpa etməyə inandırmağa çalışacaq. Bunun üçün rəsmi Kiyev Rusiyayla qismən atəşkəs təklif etməyi planlaşdırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->