Xəbər lenti

Zelenski: "Kömək olmasa, müharibənin ilk günlərindəki kimi döyüşməli olacağıq"
Dünya12:34 13.12.2023

Zelenski: "Kömək olmasa, müharibənin ilk günlərindəki kimi döyüşməli olacağıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Volodimir Zelenski qeyd edir ki, beynəlxalq tərəfdaşların köməyi olmadan Ukrayna tammiqyaslı müharibənin ilk günündə olduğu kimi rus işğalçıları ilə təkbaşına üzləşməli olacaq və bu, çox çətindir, lakin qələbədən başqa yol yoxdur.
Qaynarinfo xəbər verir ki, bu sözləri Zelenski Norveçin baş naziri Jonas Qahr Stere ilə birgə brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Brifinqdə bir media nümayəndəsi Avropa və ABŞ-ın Ukrayna üçün hazırladığı 5 yardım paketi kontekstində "Ukraynanın bu yardım olmadan bu müharibədə qalib gəlməsinin mümkün olub-olmadığını” soruşub.
"Bildiyiniz kimi, genişmiqyaslı müharibənin ilk günlərində, fevralın 24-də biz həqiqətən də tək idik. Çətin, həddən artıq çətin idi. Bizim və xalqımız üçün faciəli bir dövr idi və bunun necə olduğunu gördünüz. Biz az qala işğal olunmuşduq, amma qaçmadıq, geri çəkilmədik və bu döyüşü qəbul etdik. Yəni soruşanda ki, köməksiz bunu etmək olarmı?.. Bunu necə idisə, elə də etmək olar. Demək istəyirəm ki, çətindir, çox insan itirirsən. Öz xalqınızın, uşaqların həyatını itirmək istəmirsinizsə... Sizə mütləq əsl güclü müdafiə qalxanı lazımdır. Təyyarələrdən başlayaraq artilleriya ilə bitir bu qalxan. Dünya və Avropa Ukrayna ətrafında birləşsə, bu, bizim üçün vacibdir. Əlbəttə ki, köməksiz qalib gələ bilməzsən, amma itirə də bilməzsən, çünki bu, sizin olan yeganə şey - dövlətinizdir", - Zelenski cavab verib.
Alpər