"Xalqımın bu virusun ciddiyətini anlaması üçün yoluxmaq istədim, amma ailəm icazə vermədi".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, sosial məsafə qaydalarını heçə sayan ukraynalılara koronavirusa qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib:
"Bizimkilərə bunu təklif etdim. "Xəstələnim, hökumət binasında məni karantinə alaq" dedim. İnsanların bunun qorxunc bir şey olduğunu, xəsələnə biləcəklərini və özlərini pis hiss edə biləcəklərini anlamaları üçün bunu öz üzərimdə göstərmək istədim. Xalqın yaxşı olması üçün bu mərhələdən keçməyi təklif etdim. Amma iş yoldaşlarım bu təklifimə müsbət yanaşmadılar. Ailəm də məni bağışlamazdı. Haqlı şəkildə dəli olduğumu söyləyərdilər".
Qeyd edək ki, bu vaxta qədər Ukraynada 29 min insan koronavirusa yoluxub, onlardan 810 nəfəri həyatını itirib.
Camal