Xəbər lenti

Zelenski müharibə zamanı korrupsiyanı vətənə xəyanətlə eyniləşdirmək istəyir
Dünya05:07 28.08.2023

Zelenski müharibə zamanı korrupsiyanı vətənə xəyanətlə eyniləşdirmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada korrupsiyanı dövlətə xəyanətlə eyniləşdirə bilərlər. Bu, ölkədə hərbi vəziyyət bitənə qədər qüvvədə olacaq.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalist Natalya Moseyçuka verdiyi müsahibəsində bildirib.
"Mən tapşırıq qoymuşam. Qanunvericilərdən müharibə zamanı korrupsiyanı dövlətə xəyanətlə eyniləşdirməyi tələb ediləcək. Başa düşürəm ki, bu, daimi ola bilməz, amma müharibə zamanı bunun kömək edəcəyini düşünürəm", deyə prezident bildirib.
Zelenski millət vəkillərinin təklifi dəstəkləyib-dəstəyməyəcəyini bilmədiyini deyib: 
"Qanunvericilər bunu dəstəkləyəcəkmi, bilmirəm, amma mən bunu mütləq təklif edəcəm. Çünki biz demokratik cəmiyyət inkişaf etdiririk və hər dəfə bu və ya digər çirkin işlərə sadəcə baxmamaq üçün sistemli şeylər təqdim etmək çox vacibdir”.
Ukrayna dövlət başçısının sözlərinə görə, parlament bu təklifi gələn həftə alacaq.
"Və sonra oyun parlamentin tərəfindədir", deyə prezident əlavə edib.
Nizami Bağırov