Xəbər lenti

Zelenski: "Müharibəni Putindən başqa dayandıra biləcək başqa qüvvə yoxdur”
Dünya08:52 09.04.2022

Zelenski: "Müharibəni Putindən başqa dayandıra biləcək başqa qüvvə yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər”.
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın "Bild” nəşrinə müsahibə verərkən deyib.
Onun sözlərinə görə, Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur:
"Putinlə birbaşa danışıqlar ideyası bu gün də, hətta Buça və Kramatorskda baş verən müharibə cinayətlərindən sonra da aktualdır. Savaşın nə vaxt bitəcəyinə yalnız Putin qərar verə bilər. Rusiyada müharibəni dayandıra biləcək başqa qüvvə yoxdur”.
Qeyd edək ki, daha əvvəl Ukrayna danışıqlar heyətinin rəhbəri David Araxamia V.Zelenski ilə V.Putin arasında mümkün görüşün harada və nə vaxt keçiriləcəyinin hələ məlum olmadığını söyləmişdi.