Genişmiqyaslı müharibənin 500-cü günündə Ukrayna prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.
Qaynarinfo xəbər verir ki, prezident bu barədə "Telegram"da məlumat verib. Zelenski qeyd edib ki, o, ada uğrunda döyüşlərdə canlarını verən qəhrəmanların xatirəsini ehtiramla yad edib.
"500 günlük genişmiqyaslı müharibə. İlan adası. Azad Ukraynanın azad adası. Mən burada işğalçılara qarşı döyüşən hər kəsə minnətdaram. Genişmiqyaslı müharibə zamanı ən mühüm döyüşlərdən biri olan bu döyüşdə canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edirik. Qara dənizimizdə təhlükəsizlik naminə döyüşən hər kəsə eşq olsun! Yaşasın Ukrayna!”, deyə Zelenski yazıb.
Videodan görünür ki, Zelenski İlan adasına Prezident Aparatının rəhbəri Andriy Yermakın müşayiəti ilə qayıqla gəlib. Zelenski Yermak və ukraynalı əsgərlərlə birlikdə həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub.
"Bu 500 gündə hər bir əsgərimizin qələbələrinə bu yerdən təşəkkür etmək istəyirəm. Silahlı Qüvvələrimizə, kəşfiyyatımıza, Milli Qvardiyamıza, sərhədçilərimizə, Ukrayna Təhlükəsizlik Xidmətinə, Milli Polisə, rabitəçilərimizə, xalqımıza. Ukrayna uğrunda döyüşən hər kəsə təşəkkür edirəm. Biz mütləq qalib gələcəyik", deyə Zelenski bildirib.
Alpər