Ukrayna Prezidenti Volodimir Zelenski son həftələrdə müharibənin bitməsi üçün potensial danışıqlara daha açıq olduğuna dair siqnallar verir ki, bu da Ukrayna lideri üçün ciddi dönüş nöqtəsi hesab edilir.
Qaynarinfo-nun xəbərinə görə, The Washington Post-un 23 dekabr tarixli məqaləsində qeyd olunur ki, ABŞ-da Donald Trampın prezident seçilməsi və cəbhədəki vəziyyət Zelenskini danışıqlar masasına oturmağa vadar edir. Zelenskinin bu mövzuda ehtiyatlı mesajları hər hansı ərazilərdən imtina və ya güzəştlərlə bağlı deyil. Əvvəllər danışıqların yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra mümkün olduğunu deyən Zelenski indi diqqəti dərhal ərazilərin qaytarılmasından çox, uzunmüddətli təhlükəsizlik məsələsinə
yönəldir.
Qərbin və Ukraynanın mövqeyi
Məqalədə deyilir ki, bu dəyişiklik cəbhədəki çətinliklər və ABŞ-ın gələcək təhlükəsizlik yardımı ilə bağlı suallar fonunda baş verir. Tramp və Avropa liderləri ilə son görüşlərində Zelenski daha çox Ukrayna üçün "dayanıqlı sülh" əldə olunması üzərində dayanıb. Zelenskinin NATO-ya dəvət və təhlükəsizlik zəmanətləri, xüsusilə Qərb sülhməramlı qüvvələrinin iştirakı ilə gələcək hücumların qarşısını almağa yönələn tədbirlər əsas prioritet olaraq qalır.
Mütəxəssislərin fikri
The Washington Post-un məqaləsində qeyd olunur ki, Zelenskinin ritorikası, görünür, Trampın münaqişəni dayandırmağa fokuslanmış mövqeyi ilə uyğunlaşma cəhdi ola bilər. ABŞ-ın keçmiş səfiri Maykl Makfol Zelenski administrasiyasının Tramp hakimiyyətində dəyişikliklərə uyğunlaşmaq istədiyini vurğulayıb.
Rusiya ilə perspektivlər
Bununla belə, məqalədə Ukrayna və Qərb rəsmiləri Vladimir Putinin danışıqlar masasına gəlmək ehtimalına skeptik yanaşır. Çünki cəbhədəki müəyyən uğurlar Putinin güzəştlərə razılaşmasını az ehtimal edir.
Tramp və Putinin görüş perspektivləri
20 noyabrda Reuters agentliyi Putin və Tramp arasında Ukraynada atəşkəs barədə razılığın mümkünlüyünü qeyd etmişdi, lakin Putin Kiyevin NATO-ya üzv olmaq ambisiyasından əl çəkməsi şərtini irəli sürmüşdü.
22 dekabrda Tramp çıxışı zamanı Putinin onunla tezliklə görüşmək istədiyini söyləyib və müharibəyə son qoymaq istədiyini vurğulayıb. Lakin analitiklər Putin və Tramp arasında müzakirələrin uğurla nəticələnəcəyi ilə bağlı az ümid edir, çünki Putin maksimalist mövqeyindən geri çəkilmək istəmir.
Kreml isə belə bir görüş üçün "real impulsların” hələ olmadığını bəyan edib.
Alpər
Şərhlər