Xəbər lenti

Zelenski NATO sammitinin nəticələrindən razı qalıbmı?
Dünya12:26 12.07.2023

Zelenski NATO sammitinin nəticələrindən razı qalıbmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"NATO sammitinin Ukrayna üçün nəticələri yaxşıdır, lakin Ukrayna Alyansa dəvət olunsaydı, onlar ideal olardı”.
Qaynarinfo UNİAN-a istinadla xəbər verir ki, bunu Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə Vilnüsdə ikitərəfli görüşdən sonra keçirdiyi brifinqdə deyib.
Prezident bildirib ki, o, Stoltenberqlə təhlükəsizlik məsələlərini və Rusiyanın təcavüzünü ətraflı müzakirə edib:
"Sammitin nəticəsi yaxşıdır, lakin dəvət olsaydı, lap ideal olardı”. 
Zelenski qeyd edib ki, bu gün Ukrayna onu NATO-ya yaxınlaşdıran konkret məqamlar görüb. 
"Bəzi şeyləri partnyorlara izah etmək bəzən çox çətindir, çünki biz müharibədəyik..., biz fərqli şəraitdə yaşayırıq. Biz sağ qalmağımız lazım olan şəraitdəyik və tərəfdaşlar bizə yaşamaqda kömək etmək istəyirlər. Ancaq biz sağ qalmaq üçün hələ yaşamalıyıq", - prezident vurğulayıb.
Onun sözlərinə görə, belə şərait Ukraynanı "sürətli proseslərə”, xüsusən də dünyada təhlükəsizlik strukturunda islahatlar aparmağa sövq edir. 
"Ukrayna açıq şəkildə başa düşür ki, müharibə davam edərkən o, NATO-ya üzv ola bilməz... Lakin bu gün ilk dəfə olaraq, uyğun şərtlər olduqda Ukraynanın NATO-ya üzv olacağına əminlik səslənirdi. Bununla belə demək istəyirəm ki, bu, bizim torpaqlar təhlükəsiz olanda olacaq”, - o əlavə edib.
Zelenski vurğulayıb ki, Ukraynanın NATO-ya dəvət olunması texniki siqnaldır, lakin Ukrayna cəmiyyətini motivasiya edən ciddi amilə çevrilə bilər.
O, bunu Ukraynanın Aİ-yə namizədliyi anı ilə müqayisə edib, çünki bu, hələ üzvlük demək deyil, lakin bu, artıq Ukrayna üçün güclü səfərbərlik və Rusiya üçün güclü siqnaldır.
"Əgər bu gün G7 Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı ilk böyük bəyannamə ilə razılaşarsa, o zaman bu, konkret fakt olacaq, çünki təhlükəsizlik zəmanətlərində onların NATO yolunda hərəkət etmələri yazılıb. Bu, çox konkret siqnal olacaq”, - deyə dövlət başçısı hesab edir.
Alpər