Ukrayna prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə işgüzar səfər edib və burada Danimarkanın baş naziri Mette Frederiksenlə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Zelenskinin Teleqram kanalında məlumat
">verilib.
"Nikolayev vilayətinə işgüzar səfər. Region terrorçuların bütün hücumlarına qəhrəmancasına sinə gərir. Səfər zamanı regiondakı mövcud vəziyyətlə bağlı görüş keçirdim", - Ukrayna prezidenti Teleqram kanalında yazıb.
Zelenski Ukraynanın cənubundakı əməliyyat vəziyyəti, həmçinin işğalçıların raket və dron hücumlarının nəticələrini müzakirə etdiyini bildirib.
Rayonun enerji infrastrukturunun vəziyyəti, onun mühafizəsi vasitələri və bərpa tempi də nəzərdən keçirilib.
Bundan əlavə, söhbət Nikolayev vilayətində təhsil müəssisələrinin bərpasından, regionun iqtisadiyyatının uzunmüddətli bərpasından və yeni iş yerlərinin yaradılmasından gedib.
Zelenski daha sonra Nikolaev vilayətində Danimarkanın baş naziri Mette Frederiksenlə görüşdüyünü bildirib.
"Danimarkanın baş naziri Mette Frederiksenlə birlikdə Nikolayevdəkı xəstəxanalardan birində yaralı ukraynalı müdafiəçilərə baş çəkdik. Əsgərlərimizin təkcə fiziki deyil, həm də psixoloji reabilitasiyadan keçməsi vacibdir”, - o yazıb.
Nizami Bağırov