Xəbər lenti

Zelenski Normandiyada olanda Makron Ukraynada fransızları yerləşdirmək planını açıqlayacaq
Dünya 15:53 29.05.2024

Zelenski Normandiyada olanda Makron Ukraynada fransızları yerləşdirmək planını açıqlayacaq

Fransa prezidenti Emmanuel Makron gələn həftə fransalı hərbi təlimatçıların Ukraynada mümkün yerləşdirilməsi planını rəsmən təqdim edəcək. 

Qaynarinfo xəbər verir ki, DPA agentliyinin məlumatına görə, o, bunu Almaniyaya səfəri zamanı deyib.

Onun sözlərinə görə, plan Ukrayna prezidenti Volodimir Zelenskinin İkinci dünya müharibəsində müttəfiqlərin Fransaya enişi ilə əlaqədar Normandiyaya səfəri zamanı təqdim oluna bilər.

"Nə edəcəyimizi bildirmək üçün o vaxt çox dəqiq danışacağıq” deyən Makron, daha əvvəl məsələ ilə bağlı "koordinasiyasız və uğursuz kommunikasiyanı” xatırladıb.

Xatırladaq ki, mayın 27-də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Sırski Fransa Müdafiə naziri Sebastyan Lekornü ilə söhbətdən sonra bildirib ki, Fransa Ukrayna hərbçilərinə təlim keçmək üçün Ukraynaya təlimatçılar göndərməyə hazırdır. Sırski digər ölkələrin də layihəyə qoşulacağına ümid etdiyini bildirib.

Ukrayna Müdafiə Nazirliyi daha sonra aydınlaşdırıb ki, bu məsələ ilə bağlı müzakirələr davam edir və Ukrayna qərar qəbul edilən zaman "bürokratik məsələlərin koordinasiyasına vaxt itirməmək üçün” sadəcə olaraq sənədlər hazırlayır.

Fransa Müdafiə Nazirliyindən Reuters-ə bildiriblər ki, Ukraynaya təlimatçıların göndərilməsi 2024-cü ilin fevralından müzakirə olunur, lakin hələlik heç bir yekun qərar verilməyib.

Makron fevralın 26-da deyib ki, gələcəkdə Ukraynaya Qərb hərbçilərinin göndərilməsini istisna etmək olmaz. Əksər Qərb müttəfiqləri bu ideyanı açıq şəkildə rədd ediblər. Daha sonra Fransa hökuməti izah edib ki, fransız qoşunları müəyyən sərhədləri qorumaq, təlimlərdə iştirak etmək və ya qurudan hava hücumundan müdafiədə Ukrayna tərəfində müharibədə iştirak edə bilər. O, fransız əsgərlərinin "birbaşa cəbhə xəttində” döyüşlərdə iştirakını istisna edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->