Xəbər lenti

Zelenski Pilotsuz Sistem Qüvvələrinin yaradılması ilə bağlı qərarı təsdiqlədi
Dünya 12:02 26.06.2024

Zelenski Pilotsuz Sistem Qüvvələrinin yaradılması ilə bağlı qərarı təsdiqlədi

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi Pilotsuz Sistemli Qüvvələrin yaradılması haqqında” qərarını təsdiq edib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir

Prezidentin 382/2024 saylı Fərmanında deyilir:

"Ukrayna Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq qərara alıram:

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 25 iyun 2024-cü il tarixli "Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi Pilotsuz Sistemli Qoşunların yaradılması haqqında” qərarı qüvvəyə minsin (əlavə olunur).

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu Fərmanla qüvvəyə minmiş qərarının icrasına nəzarət Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilsin.

Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir”.

Xatırladaq ki, 2024-cü il fevralın 6-da prezident Vladimir Zelenski Nazirlər Kabinetinə Ukrayna Silahlı Qüvvələrində pilotsuz sistemli qüvvələrin yaradılması barədə göstəriş verib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->