Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş reallaşa bilər.
Qaynarinfo xəbər verir ki, Türkiyənin NTV kanalının məlumatına görə, bunun yaxın gələcəkdə baş verəcəyini düşünməyə əsas verən ilkin şərtlər var.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, Antalyada xarici işlər nazirləri Dmitri Kuleba ilə Sergey Lavrov arasında ba, tutuan görüş tərəflərin danışıqları davam etdirməyə hazır olduğunu göstərib.
"Lavrov deyib ki, Prezident Putin tərəddüd etmədən Prezident Zelenski ilə görüşəcək. Bunu yaxşı əlamət hesab edirəm. Bu onu deməyə əsas verir ki, gec və ya tez, belə bir görüş baş tutacaq" deyə Türkiyə Prezidentinin mətbuat katibi bildirib.
Kalının sözlərinə görə, Türkiyə danışıqlarda üçüncü tərəf olmağa və "dəstəkverici rol” oynamağa hazırdır.
Öz növbəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da jurnalistlərə dövlət başçıları arasında görüşün mümkünlüyünü bildirib.
"Putinlə Zelenski arasında görüşü heç kim istisna etmir. Konseptual olaraq bu mümkündür. Amma əvvəlcə, danışıq aparanlar öz öhdələrinə düşən işi yerinə yetirməlidirlər" deyib Peskov.
Rüfət Sultan