Xəbər lenti

Zelenski Putinə gizli mesaj göndərib: Bu kordinatlar nəyi göstərir?
Dünya13:04 12.01.2024

Zelenski Putinə gizli mesaj göndərib: Bu kordinatlar nəyi göstərir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski Estoniyaya səfəri zamanı Rusiya lideri Vladimir Putinə gizli mesaj göndərib.
Qaynarinfo Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, Zelenski Estoniya baş naziri Kaya Kallasla görüşə 48,3794° və 31,1656° koordinatlı sviter geyinərək çıxıb.
Bunlar Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkivka kəndinin koordinatlarıdır. Vilayətin coğrafi mərkəzi 1991-ci ildə rəsmi olaraq tanınan Ukrayna sərhədləri daxilində yerləşir. Kənddə Ukrayna paralelləri və meridianlarının qovuşduğu yerdə xatirə lövhəsi quraşdırılıb.
"Bununla, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini və ölkəsinin sərhədlərində edilən hər hansı dəyişikliyi tanımaq niyyətində olmadığını bildirir", deyə nəşr yazıb.
Aydın