Xəbər lenti

Zelenski Putinin dostunu və daha üç deputatı vətəndaşlıqdan çıxardı
Dünya07:27 11.01.2023

Zelenski Putinin dostunu və daha üç deputatı vətəndaşlıqdan çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski fərmanları ilə Ali Radanın 4 deputatını vətəndaşlıqdan məhrum edib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.
Dövlət başçısının fərmanları ilə müxalif siyasətçi Viktor Medvedçukun, həmçinin Taras Kozak, Andriy Derkaç və Renat Kuzminin Ukrayna vətəndaşlığına xitam verilib.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsini həyata keçirib. Kiyevin Moskvaya təhvil verdiyi məhbuslar arasında Viktor Medvedçuk da olub.
Alpər