"Bəzi insanlar Rusiya Federasiyasının liderini öldürmək istəyir".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "EL Mundo" nəşrinə müsahibəsində
deyib.
Ukrayna prezidenti bildirib ki, Vladimir Putinin həyatı üçün təhlükə daha çoxdur. Zelenski bir il dörd aydır həyatı üçün dünyanın ən böyük riskləri ilə üz-üzə qalan insanın necə yaşadığından danışıb:
"Bu suala cavab vermək çətindir. Ən böyük təhlükə cəbhədəki əsgərlərimiz üçündür. Hər saniyə təhlükədir. Həmişə bombalar atılır. Yatmaq, sağ qalmaq çox çətindir. Mən bir neçə dəfə orda olmuşam və nə baş verdiyini bilirəm. Tanrı onlara davam etmək və evə qayıtmaq üçün güc varsin".
Şəxsi hisslərə gəlincə, Zelenski gündəlik təhlükənin həyatının bir hissəsinə çevrilməsinə artıq öyrəşdiyini vurğulayıb. Onun fikrincə, Putin bu məsələdə daha çox "bəxtsizdir”:
"Mən öyrəşmişəm. Ətrafımda da təhlükə altında yaşayan çoxlu insan var. Bu, şüurlu şəkildə etdiyimiz seçimdir. Qarşımda duran vəzifə ilə fəxr edirəm. Mən bununla normal yaşayıram. Putin üçün məndən daha çox təhdid var. Onu öldürmək istəyənlər hələ də var”.
Aydın