Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Kiyevin ərazilərdən imtina etməsi və Rusiya ilə müharibəni dayandırmaq üçün güzəştə getməsi təkliflərini kəskin tənqid edib və onu 1938-ci ildə nasist Almaniyasını sakitləşdirmək cəhdlərinə bənzədib.
Qaynarinfo "Reuters” xəbər agentliylinə istinadla bildirir ki, bu barədə Zelenski video müraciətində
deyib.
"New York Times” redaksiyasının mayın 19-da hazırladığı məqalədə Ukrayna üçün həlledici hərbi qələbənin real olmadığını nəzərə alaraq, danışıqlar yolu ilə sülhün Kiyevdən bəzi sərt qərarlar qəbul etməyi tələb edə biləcəyini bildirilib.
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinger də bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukraynaya Rusiyanın işğal etdiyi Krım və Şərq bölgələrini saxlamasına razı olmasını təklif edib.
"Rusiya dövləti nə edirsə-etsin, siz həmişə "onun maraqlarını nəzərə alaq” deyən birini tapacaqsınız”, – Zelenski gecə saatlarında videomüraciətində deyib.
"Adama elə gəlir ki, cənab Kissincerin təqvimində 2022-ci il yox, 1938-ci ildir və o, Davosda deyil, o vaxt Münhendəki auditoriya ilə danışır”,- o əlavə edib.
1938-ci ildə İngiltərə, Fransa, İtaliya və Almaniya Münhendə nasist diktatoru Adolf Hitleri ərazi genişləndirilməsindən əl çəkməyə inandıra bilməyəndən sonra ona o vaxtkı Çexoslovakiyada torpaq verən pakt imzalayıblar.
"Ola bilsin ki, 1938-ci ildə "New York Times” da buna oxşar bir şey yazıb”,- Zelenski deyib.
"Ukraynaya Rusiyaya nəsə verməyi məsləhət görənlər, bu "böyük geosiyasi fiqurlar” heç vaxt sadə insanları, sadə ukraynalıları, xəyali sülh müqabilində verməyi təklif etdikləri ərazidə yaşayan milyonları görmürlər”,- o bildirib.
İtaliya və Macarıstan Avropa İttifaqına Ukraynada atəşkəs və Rusiya ilə sülh danışıqları üçün açıq şəkildə çağırış edib.
"Heç kim suverenliyimizin bir qramını və ya ərazimizin millimetrini alver predmetinə çevirməyəcək. Uşaqlarımız ölür, əsgərlərimiz mərmilərlə parçalanır və bizə ərazi qurban verməyi təklif edirlər. "Cəhənnəm olun” (...) burdan. Belə bir şey heç vaxt olmayacaq",- Zelenskinin hərbi müşaviri Aleksey Arestoviç sosial şəbəkədə yerləşdirdiyi video müraciətində deyib.
Nurlan Hüseynov