Ukrayna prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.
Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini bildirib.
Prezident BBC müxbirinin "Hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü" sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".
ARAYIŞ: Aprelin 1-də Buça meri Anatoli Fedoruk Ukrayna hərbçilərinin rus işğalçılarını şəhərdən qovduğunu təsdiqləyib. Geri çəkilən ruslar qəsəbə daxilində mülki tikililəri, infrastruktur obyektlərini və bəzi əraziləri minalayıblar. Mer bildirib ki, Ukrayna hərbçiləri burada 280 insanın dəfn olunduğu kütləvi məzarlıq aşkarlayıb, şəhərin dağıdılmış küçələri meyitlərlə doludur, təkcə bir küçədə mülki geyimli azı 20 kişinin cəsədi tapılıb. Həlak olanlar arasında uşaqlar da var.
Aydın