Xəbər lenti

Zelenski:
Dünya 19:00 23.08.2023

Zelenski: "Rusiya digər ərazilər kimi Krımın da itirilməsinə göz yuma bilər"

Rusiya digər işğal olunmuş Ukrayna ərazilərindən geri çəkilərkən olduğu kimi Krımın işğaldan azad edilməsinə də göz yuma bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident Vladimir Zelenski Krım Platforması Sammitinin açılışında deyib

"Ukrayna göstərdi ki, hərbi əməliyyatlar zamanı torpaqlarımızın işğaldan azad edilməsi təsadüfi deyil. Bu, layiqli haldır, bu, xalqımızın qəhrəmanlığı və tərəfdaşlarımızın müdafiə dəstəyidir.

...Ukrayna qüvvələri hər şeyə rəğmən irəliləyir. Kim nə deyir-desin - davam edin. Rusiya isə işğal etdiyi torpaqlardan geri çəkiləndə buna, zəifliyinə sadəcə olaraq göz yumur. Həmçinin Rusiya cəmiyyəti işğalçıların Krımdan geri çəkilməsinə göz yuma bilər”.

Zelenski vurğulayıb ki, Krım Platformasının əsas vəzifəsi işğaldan azad olmağa hazırlaşmaqdır. O qeyd edib ki, "Ukrayna necə geri dönəcəyini və bunun üçün nə qədər addım atmalı olduğunu anlayır”.

Zelenski Rusiya ilə "ərazilərdə ticarət”lə bağlı bəyanatlara da münasibət bildirib.

"Dünyada kimsə Rusiya tərəfindən işğal olunmuş ərazimizdən danışanda hər dəfə torpaqdan yox, uşaqlardan, valideynlərdən, ailələrdən danışır. ...Ukrayna ərazilərlə alver etmir, çünki Ukrayna insanlarla alver etmir. Buna nöqtə qoyuram. Və burada kim varsa, təsdiqləyirsiniz ki, insan həyatı qiymətsizdir”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->