Kiyev Moskvanı Moldovanın separatçı böləgisini Ukrayna müharibəsinə çəkməkdə günahlandırıb.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Zelenski mətbuat konfransında
deyib.
Dnestıryanı bölgədəki separatçı qüvvələr bildirib ki, partlayışlar rus dilində yayım aparan radio dirəklərə zərər verib. Onlar həmçinin bir hərbi birləşmələrinin hücuma məruz qaldığını bildirib və bu hücumlara görə Ukraynanı günahlandırıblar.
Tanınmamış qurumun prezidenti Vadim Krasnoselski deyib ki, baş verən hücumların izi Ukraynaya gedib çıxır. "Fikrimcə, bu hücumu təşkil edənlərin məqsədi Dnestryanını münaqişəyə cəlb etməkdir”, - deyə o bildirib.
Ukrayna isə ərazinin Ukraynaya hücum məqsədilə istifadə edilə biləcəyini deyir. Zelenski bildirib ki, Rusiya bu hücumla Moldovaya Ukraynaya dəstəyinə görə onu nə gözləyəcəyini göstərir.
"Biz Rusiya tərəfindən yeni addımın planlandığını görürük. Nə üçün olduğu aydındır - regionda stabilliyi pozmaq üçün”, - Zelenski deyib.
"Ukrayna Rusiyanın çarəsizcəsinə Moldovanın Dnestryanı bölgəsini Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çəkmək cəhdlərini qınayır”, - Ukrayna Xarici İşlər Nazirliyi açıqlmasında bildirib.
Nurlan Hüseynov