Dünya 16:22 27.05.2023

Zelenski Rusiya və Belarus şirkətlərinə yeni sanksiyalar tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski 200-dən çox Rusiya və Belarus şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, Zelenskinin fərmanına əsasən, alim və fabriklərin baş direktorları da daxil olmaqla 51 rusiyalıya, habelə Rusiya ilə əlaqəli 220 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.

MTS və Rusiya Dəmir Yollarının strukturları, o cümlədən Belarus şirkətləri - Minsk Avtomobil Zavodu, S.İ. Vavilova, Vitebsk Radio Hissələri Zavodu "Monolit", "Orşan Aviasiya Təmiri Zavodu" siyahıda yer alır.

Rusiya fabrikləri də sanksiyalar altındadır, xüsusən Karaçevsk Elektrodetal zavodu, Sarapulski Radio Zavodu, Çelyabinsk Dəmirçi Zavodu və s...

Aydın