Ukrayna Prezidenti Vladimir Zelenski Krım Platforması beynəlxalq sammitinin açılış günündə Moskvanı bu işdə iştirak etməyə dəvət etdiyini söyləyib.
Qaynarinfo xəbər verir ki, çıxışının əvvəlində o, yarımadanın işğalını elan edib. Bununla da Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsini istəyib və eyni zamanda Rusiya hakimiyyətini bölgədə hərbi qüvvələrini artırmaqda günahlandırıb. O, Krımı isə barıt çəlləyi ilə müqayisə edib.
Kreml isə Ukrayna sammitinin dostcasına olmadığını bildirib.
"Bu platforma Rusiyanı bu qədər maraqlandırarsa, Rusiya Federasiyasını üzv olmağa dəvət edirik", - Zelenski deyib.
O, Rusiyanın tarixi, faciəli səhvini düzəltməyin yollarını birgə işləməyi təklif edib.