Xəbər lenti

Zelenski Rusiyanın kütləvi hücumuna reaksiya verdi, ukraynalılara yalvardı (VİDEO)
Dünya07:23 10.10.2022

Zelenski Rusiyanın kütləvi hücumuna reaksiya verdi, ukraynalılara yalvardı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 10-da səhər saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumunu şərh edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısının reaksiyası onun Telegram kanalında yer alıb.
"Tammiqyaslı müharibənin 229-cu günü. 229-cu gündür ki, bizi məhv edib yer üzündən silməyə çalışırlar. Tamamilə. Zaporojyedə evində yatan adamlarımızı məhv edirlər. Dnepr və Kiyevdə işə gedən insanları öldürürlər”, - deyə o yazıb.
Zelenski xatırladıb ki, bütün Ukrayna ərazisində hava hücumu həyəcan siqnalları kəsilmir.
"Raket zərbələri endirilir. Təəssüf ki, ölənlər və yaralananlar var. Sizə yalvarıram: sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın. Dözəcək və və möhkəm olaq", - Ukrayna prezidenti vurğulayıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, oktyabrın 10-da səhər saatlarında Vinnitsa, Lvov, Kirovoqrad, Nikolayev, Poltava, Ternopil, Jitomir, Kiyev və başqa bir neçə rayonda partlayış səsləri eşidilir - Rusiya Ukraynaya kütləvi hücum həyata keçirir.
Alpər