Xəbər lenti

Zelenski sabah Türkiyyəyə səfər edəcək
Dünya19:34 07.03.2024

Zelenski sabah Türkiyyəyə səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı təmaslardakı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunacaq.
V. Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Türkiyə-Ukrayna münasibətlərini də müzakirə edəcək.