Ukrayna prezidenti Vladimir Zelenski Ərəb Liqasının sammitində çıxış edəcəyi Səudiyyə Ərəbistanına gəlib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Telegram kanalında bildirib.
"Səudiyyə Ərəbistanına gəldim. Ərəb Liqasının sammitində çıxış edəcəyəm. Vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudla görüşəcəyəm və başqa ikitərəfli danışıqlar aparacağam", - Zelenski bildirib.
O əlavə edib ki, Ukraynanın prioritetləri bunlardır - Krımın və müvəqqəti işğal olunmuş ərazilərin bütün siyasi məhbuslarının geri qaytarılması, bütün əsirlərin və qeyri-qanuni deportasiya edilmiş şəxslərin geri qaytarılması, Ukrayna sülh formulunun təqdim edilməsidir (bunun həyata keçirilməsində mümkün olduğu qədər çox dövlət cəlb olunmalıdır) və gələn qış enerji təhlükəsizliyini təmin edilməsi.
"Digər prioritet Ukraynanın müsəlman icmasının müdafiəsidir. Krım tatar xalqının lideri Mustafa Cəmilev də bizimlə birlikdədir. Krım Rusiya işğalından ilk əziyyət çəkən bölgə olub, Rusiyada repressiyaya məruz qalanların çoxu da işğal olunmuş Krım müsəlmanlardır”, - deyə Ukrayna prezidenti qeyd edib.
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, Zelenski G7 liderlərinin sammitində iştirak edəcək.
Bunu Bloomberg yazıb və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da təsdiqləyib. Daha sonra Milli Müdafiə və Təhlükəsizlik Şurasının mətbuat xidməti Zelenskinin şəxsən deyil, onlayn formatda iştirak edəcəyinə bildirib.
Alpər