Dünya 17:28 04.08.2022

Zelenski Si Szinpinlə Rusiya haqqında “birbaşa” danışmaq istəyir

Ukrayna prezidenti Volodimir Zelenski "South China Morning Post” qəzetinə müsahibəsində deyib ki, Kiyev Rusiya ilə davam edən münaqişə barədə Pekinlə "birbaşa" danışmağa çalışır, çünki Çin Moskvanın mövqeyinə təsir edə biləcək yeganə gücdür.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Onun sözlərinə görə, Rusiya müharibəyə başlayandan Ukrayna "rəsmi olaraq Çin prezidenti Si Szinpinlə danışıq istəyib”, lakin Kiyev hələ də Pekinlə heç bir danışıq aparmayıb. "Düşünürəm ki, bu, faydalı olardı”, – Zelenski əlavə edib.

Ukrayna lideri Si Szinpinin Ukraynaya "ən azı bir dəfə” səfər etmiş dünya liderləri arasında olduğunu vurğulayıb və ötən il iki lider arasında telefon danışığı zamanı Şərqi Avropa ölkəsi ilə əlaqələrini "isti şəkildə xatırladığını” qeyd edib.

Zelenski xatırladıb ki, Çin Rusiyanın əsas iqtisadi tərəfdaşıdır, ona görə də "böyük və qüdrətli ölkə kimi gəlib Rusiya Federasiyasını bir növ lazım olan yerə oturda bilər”, - RBC sitat gətirir. "Əminəm ki, Çin bazarı olmasaydı, Rusiya özünü tam iqtisadi təcrid vəziyyətində hiss edərdi”, - Zelenski bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Çin rəsmiləri bir neçə dəfə danışıqların sürətləndirilməsini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər. Bununla belə, Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.
 
Alpər