Xəbər lenti

Zelenski sülh ritorikasına keçir: Nə baş verir? (ŞƏRH)
Dünya 20:55 23.10.2024

Zelenski sülh ritorikasına keçir: Nə baş verir? (ŞƏRH)

"Zelenski artıq müharibə ritorikasından sülh ritorikasına keçməyə hazırlaşır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ukrayna prezidenti Volodimir Zelenskinin enerji infrastrukturu obyektlərinə hücumların qarşılıqlı dayandırılmasını müharibənin sonuna doğru atılan mühüm addım kimi dəyərləndirməsini şərh edərkən deyib. 

Əlimusa İbrahimovun fikrincə, Zelenski artıq müharibənin bitməsi və danışıqlar prosesinin başlaması barədə işarələr verməyə başlayıb:

"Zelenski bildiyimiz kimi, müharibənin bitməsilə bağlı plan hazırlayaraq onu Qərbin aparıcı dövlət başçıları ilə müzakirə edib. Lakin heç kim bu planı qəbul etməyib. Bu isə Zelenskini ruhdan salıb. Belə vəziyyətdə Ukrayna prezidenti müharibəni davam etdirməkdən daha çox Rusiya ilə danışıqlar aparmaq istiqamətində düşünməyə başlayıb. Zelenskinin son çıxışda enerji sektoruna hücum etməməklə bağlı razılaşmanı önə çəkməsi məsələsinin kökündə düşünürəm ki, həm də gələcək sülh danışlarına başlamaq yolunda atılacaq addımlar dayanır. Yəni Zelenski artıq müharibə ritorikaslndan sülh ritorikasına keçməyə hazırlaşır".
 


Həmsöhbətimiz hesab edir ki, Qərb tərəfindən Zelenskinin bu təşəbbüslərinə qarşı ciddi maneələr olmasa yaxın dövrdə o, həmin istiqamətdə daha ciddi bəyanatlar verəcək:

"O, həm müharibədən yolulub, həm də Qərb tərəfindən lazımi dəstəyi ala bilmədiyindən bir qədər məyus olub. Bu məyusluq da Rusiyanın şərtləri daxilində danışıqların başlamasına təkan verəcək”. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə enerji infrastrukturu obyektlərinə hücumların qarşılıqlı dayandırılmasının müharibənin sonuna doğru atılan mühüm addım ola biləcəyini qeyd edib: "Biz birinci sülh sammiti zamanı enerji təhlükəsizliyi ilə bağlı qərar qəbul edilə biləcəyini gördük. Başqa sözlə, biz onların enerji infrastrukturuna hücum etmirik, onlar da bizimkilərə. Bu, müharibənin isti fazasının sonuna gətirib çıxara bilərmi? Düşünürəm ki, bəli". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->