Xəbər lenti

Zelenski tarixən ukraynalıların məskunlaşdığı Rusiya əraziləri haqqında fərman imzaladı
Dünya11:14 22.01.2024

Zelenski tarixən ukraynalıların məskunlaşdığı Rusiya əraziləri haqqında fərman imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Volodimir Zelenski tarixən ukraynalıların yaşadığı Rusiya Federasiyasının əraziləri ilə bağlı fərman imzalayıb.
Qaynarinfo NV-yə istinadən xəbər verir ki, o, bu barədə Birlik günü münasibətilə təbrikində bildirib.
"Bu gün biz təkcə Ukraynanın və xalqımızın birliyini gücləndirmək üçün deyil, həm də hüquq və azadlıqların birliyi, ukraynalılar haqqında həqiqətlər, bizim haqqımızda həqiqətlər və tariximiz haqqında həqiqətlər üçün addımlar atmalıyıq. Bu məqsədlə mən bu gün tarixən ukraynalıların məskunlaşdığı Rusiya Federasiyasının əraziləri haqqında fərman imzaladım”, deyə Ukrayna dövlət başçısı qeyd edib. 
O vurğulayıb ki, bu, "Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqəti geri qaytarmaq” deməkdir. 
Zelenskinin fərmanı Prezident Ofisinin saytında dərc edilib. Sənəddə Rusiya Federasiyasında ukraynalıların milli kimliyinin qorunub saxlanılması üzrə fəaliyyət planının baxılması üçün təqdim edilməsi qərara alınıb. O cümlədən tarixən məskunlaşdıqları torpaqlarda, yəni Rusiya Federasiyasının müasir Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri daxilində Kuban, Starodubşina, Şimali və Şərqi Slobojanşina... 
Nizami Bağırov