Mayın 9-da prezident Vladimir Zelenski ukraynalıları nasizm üzərində Qələbə günü münasibətilə təbrik edib.
Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda Zelenski öz videomüraciətində
deyib.
"Biz uşaqlarımız üçün azadlıq uğrunda mübarizə aparırıq, bu o deməkdir ki, qalib gələcəyik. Səkkiz milyondan çox ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsində əcdadlarımızın etdiklərini heç vaxt unutmayacağıq. Çox yaxında isə Ukraynada iki Qələbə Günü olacaq. Ancaq kimlərinsə heç biri də olmayacaq.
O zaman qalib gəldik. İndi də qalib gələcəyik. Kreşşatık isə qələbə paradını görəcək - Ukraynanın qələbəsini!”
Zelenski vurğulayıb ki, Ukraynanın İkinci Dünya Müharibəsində qələbənin qazanılmasında anti-Hitler koalisiyasının tərkibindəki rolunu və nasizmə qarşı savaşını heç kəs tarixdən silə bilməz.
Alpər