Xəbər lenti

Zelenski: "Tramp Ukraynada müharibəni necə bitirəcəyini bilmir"
Dünya23:30 25.01.2025

Zelenski: "Tramp Ukraynada müharibəni necə bitirəcəyini bilmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq istədiyini daim bəyan etsə də, əslində müharibəni bitirmək üçün real planı yoxdur".
Qaynarinfo Strana.ua-ya istinadən xəbər verir ki, bu fikri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Tramp birbaşa mesaj vermir və xəbərdarlıq etmir, sadəcə olaraq müharibəni bitirmək istədiyini deyir. Bunun necə olacağını hələ bilmirik. Detalları bilmirik. Düşünürəm ki, prezident Trampın özü də bütün təfərrüatları bilmir”, deyə Zelenski bildirib.
Bu gün təqaüddə olan SSIS zabiti və İsveçrə Baş Qərargahının polkovniki Jak Baud bildirib ki, Donald Trampın Ukraynada sülhün bərqərar olması ilə bağlı son açıqlamalarından və Rusiyaya çağırışlarından sonra ABŞ prezidentinin münaqişəni dayandırmaq iqtidarında olmadığı məlum olub.
Bir gün əvvəl Tramp qeyd etmişdi ki, Ukraynada münaqişənin həlli üçün sülh müqaviləsi imzalanmayıb, çünki Zelenski mübarizə aparmaq istəyirdi. Siyasətçi qeyd edib ki, Zelenski Ukraynadan daha böyük və daha güclü ölkə - Rusiya ilə rəqabət etmək qərarına gəlib. Trampın fikrincə, Ukrayna lideri bunu etməməli idi, çünki sülh şansı var idi.
Aydın