Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib və ölkədə əsas qanunlar qəbul edilib.
Qaynarinfo "European Pravda"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı sammitində Avropa liderləri qarşısında çıxışı zamanı deyib.
"Bu gün əldə etdiklərimizə cavab olaraq siyasi həll günüdür. Söhbət Ukrayna ilə üzvlük danışıqlarının başlamasından gedir. Keçən il Ukrayna irəliləməyə dair aydın tövsiyələr aldı. Biz əsas qanunları qəbul etmişik. Hamınız yaxşı bilirsiniz ki, biz bütün öhdəlikləri yerinə yetirmişik", deyə Zelenski bildirib.
Zelenski Avropa Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə videobağlantı vasitəsilə sammitdə çıxış edib.
Aydın