Xəbər lenti

Zelenski: "Ukraynada bir dənə də olsun “Patriot” məhv edilməyib"
Dünya05:43 19.06.2023

Zelenski: "Ukraynada bir dənə də olsun “Patriot” məhv edilməyib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalında son gündəlik videomüraciətində bildirib ki, Kiyevin aldığı bir "Patriot” zenit-raket kompleksi də məhv edilməyib.
Qaynarinfo bu haqda Rosbalt-a istinadla xəbər verir. 
"Guya bizim "Patriot”larımız məhv edilib. Əslində isə onların hamısı yerindədir, hamısı da işləyir”, deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 16-da Rusiya prezidenti Vladimir Putin SPİEF-də çıxış edərkən Rusiya hərbçilərinin Kiyev yaxınlığında 5 "Patriot” kompleksini məhv etdiyini bildirmişdi. Bir ay əvvəl Rusiya Müdafiə Nazirliyi "Xəncər” hipersəs raketindən istifadə etməklə Kiyevdə beş "Patriot” buraxılış qurğusunun və çoxfunksiyalı radiolokasiya stansiyasının (RLS) məhv edilməsi barədə məlumat vermişdi.
CNN və "Reuters" xəbər verir ki, Rusiya agentliyinin dağıdılması barədə məlumat verdiyi "Patriot” kompleksinə minimal ziyan dəyib və Ukrayna ərazisində təmir oluna bilər. Daha sonra Pentaqon kompleksin xidmətə qaytarıldığını açıqlayıb.
Alpər