Xəbər lenti

Zelenski Ukraynada sülh üçün cəmi iki şərt irəli sürdü
Dünya 14:29 21.09.2023

Zelenski Ukraynada sülh üçün cəmi iki şərt irəli sürdü

Rusiya ilə hərbi əməliyyatların tam dayandırılması iki şərt yerinə yetirildiyi təqdirdə mümkündür. 

Qaynarinfo xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya qoşunlarını, o cümlədən Qara dəniz donanmasını 1991-ci il sərhədləri daxilində Ukraynanın bütün ərazisindən çıxarmaq, eləcə də bütün dövlət sərhədi və Qara və Azov dənizləri və Kerç boğazıdakı eksklüziv iqtisadi zona üzərində nəzarəti Ukraynaya qaytarmaq lazımdır, - "Kommersant" yazır.

Zelenski vurğulayıb ki, bu iki bənd yerinə yetirildikdən sonra "dürüst, etibarlı və hərbi əməliyyatların tam dayandırılması” mümkündür.

Ötən il Zelenski Rusiya ilə münaqişədə sülhə nail olmaq üçün bir neçə bənddən ibarət düstur təqdim etmişdi. O, bunu ötən ilin noyabrında G20 sammiti zamanı təqdim edib. Plan radiasiya, ərzaq və enerji təhlükəsizliyi, bütün məhbusların azad edilməsi, Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının çıxarılması və hərbi əməliyyatların dayandırılması, ekosidlə mübarizə, eskalasiyanın qarşısının alınması və münaqişənin bitdiyini qeyd etməyi nəzərdə tutur. Ukrayna prezidentinin ofisindən bildirilib ki, sülh formulu 63 ölkə tərəfindən təsdiqlənib.

Moskva isə Zelenskinin təklif etdiyi, eləcə də Moskvanın Donbas, Zaporojye və Xerson vilayətləri üzərində suverenliyini nəzərə almayan hər hansı planı qəbul etməyi istisna edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->