
Oktyabrın 25-də yerli seçkilər zamanı ukraynalılardan Donbasda azad iqtisadi zonanın yaradılmasını dəstəkləyib-dəstəkləmədikləriylə bağlı suala da cavab verəcəklər.
Qaynarinfo xəbər verir ki, bu haqda Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. Ukrayna liderinə görə, nəticə ukraynalıların verdiyi qərardan asılı olacaq.
Xatırladaq ki, 2014-cü ildən bəri Rusiyanın aktiv dəstəyi ilə Donbasda müharibə davam edir. Döyüş əməliyyatları zamanı Kiyev özünü elan edən respublikaların meydana çıxdığı Donetsk və Luqansk üzərində nəzarəti itirib.
Zelenskii əsas məqsədinin bölgəni Ukraynaya qaytarmaq olduğunu bildirir.
Alpər