Xəbər lenti

Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyündən danışdı
Dünya17:02 12.03.2022

Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyündən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa İttifaqı (Aİ) Ukraynanın Aİ-yə üzvlüyünü açıq şəkildə bəyan etməlidir".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqında olmağı üçün heç nə vəd etməyinə ehtiyac yoxdur:
"Hesab edirik ki, biz Avropa İttifaqında olmağa layiqik və heç nə vəd etməyimizə ehtiyac yoxdur. Bizi konkret olaraq dəstəkləmək lazımdır. Hər hansı səbəblərdən, tarixlərdən danışmağa lüzum yoxdur. Buna ehtiyac yoxdur. Heç kimə maraqlı deyil. Biz bu gün müharibədəyik və dünyaya verdiyimiz bütün sualların cavabını bu gün eşitmək istəyirik. Əgər NATO "yox” deyirsə, deməli eşidirik. Əgər Aİ "hə” deyirsə, onda bunu hamıya konkret deməliyik, diplomatiyanın damcıları arasında tarazlığı saxlamamalıyıq, çünki siz tamamilə yağışın altında qalacaqsınız”.