Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın əks-hücumunun ləng getdiyini bildirib, çünki Ukrayna boş yerə hərbçilərin həyatını riskə atmaq istəmir.
Qaynarinfo verir ki, Ukrayna lideri bu barədə İspaniyanın "El Mundo" nəşrinə
müsahibəsində danışıb. O, həmçinin qeyd edib ki, Ukraynanın əks-hücumunun ləngiməsinə hava şəraiti, eləcə də müttəfiqlər tərəfindən silahların ötürülməsinin yavaş tempi təsir edib.
Xüsusilə, Vilnüs sammiti öncəsi müttəfiqlərin Ukraynadan əks-hücumda əhəmiyyətli nəticələr tələb edib-etməməsi sualına cavab verən Zelenski vurğulayıb ki, qət edilən hər kilometr insan həyatı bahasına başa gəlir, insanlar isə Ukraynanın ən böyük sərvətidir.
"Əhəmiyyətli nəticələr əldə etmək nə deməkdir? Əgər sahələr minalanırsa, əsgərlərimizi ölümə göndərə bilmərik. Təəssüf ki, real həyatda qiymət çox bahadır və hərbçilərimizin həyatı çox qiymətlidir. Rusiyadan fərqli olaraq nsanlar resurs deyil, bizim ən böyük sərvətimizdir”, - Zelenski bildirib.
O qeyd edib ki, ən əsası insanların motivasiyalı və qələbə əzmində olmasıdır və Ukraynaya sadəcə vaxt lazımdır.
"Baxmayaraq ki, bəzən vaxt bizim tərəfimizdə olmur. Hərəkəti ləngidən güclü yağışlar oldu. Tərəfdaşlar silahları gözlənildiyindən daha yavaş çatdırır", - deyən Zelenski Ukrayna ordusunun "başlamadan əvvəl bütün silahlara sahib olmasının vacib olduğunu" vurğulayıb.
Eyni zamanda, Ukrayna Prezidentinin qeyd edib ki, Ukrayna artıq hücumu dayandırmalı olub, çünki artilleriya çox gec gəlib.
Eyni zamanda, prezident əks-hücumun əsas mühərrikinin insanlar olduğunu vurğulayıb.
"Mən bunun iki ay davam etməsini və minlərlə insanın ölməsini, yoxsa dörd ay davam edərək daha az insanın ölməsinimi? İnsan həyatı hər şeydən önəmlidir", - Zelenski vurğulayıb.
Alpər