Xəbər lenti

Zelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzaladı
Dünya14:38 30.09.2022

Zelenski Ukraynanın sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində deyib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO Alyansının bir hissəsidir:
"Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq.
Ukrayna lideri qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib. De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.