Xəbər lenti

Zelenski Vaşinqtona uçdu
Dünya06:17 31.08.2021

Zelenski Vaşinqtona uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna başçısı Vladimir Zelenski sentyabrın 1-də ABŞ prezidenti Co Baydenlə görüşmək üçün Vaşinqtona uçub. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisindən bildirilib.
Daha əvvəl Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Zelenskinin 31 avqust və 1 sentyabrda Vaşinqtonda olacağını bildirmişdi. Bundan sonra Kaliforniyaya gedəcək və burada İlon Mask və digər iş adamları ilə görüşəcək.
Xatırladaq ki, Zelenskinin Baydenlə görüşü bir neçə dəfə təxirə salınıb. Bəziləri hesab edir ki, Vaşinqton bu yolla Kiyevi nəyəsə görə cəzalandırır. Digərləri, sağlamlığının Baydenin sıx bir iş qrafiki içərisində Zelenski ilə görüşməyə macal vermədiyinə inanırlar.
Alpər