Xəbər lenti

Zelenski və Zalujnının mübahisəsinə son verildi: Baxmutla bağlı qərar qəbul edildi
Dünya 22:22 06.03.2023

Zelenski və Zalujnının mübahisəsinə son verildi: Baxmutla bağlı qərar qəbul edildi

Baxmutda müdafiə əməliyyatı və Ukrayna qoşunlarının mövqelərinin daha da möhkəmləndirilməsi davam etdirilməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Unian məlumat yayıb.

"Qoşunların operativ-strateji qruplaşmalarının komandirləri cəbhənin əsas istiqamətlərində vəziyyət barədə məlumat veriblər", - bazar ertəsi - 6 martda Ali Baş Komandanın Qərargahının iclasından sonra dövlət başçısının mətbuat xidməti bildirib. 

Qeyd olunur ki, Qərargah üzvləri Baxmutdakı vəziyyəti xüsusilə ətraflı nəzərdən keçiriblər.

 "Müdafiə əməliyyatının gedişini qiymətləndirən prezident Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və "Xortitsa” operativ-strateji qoşun qruplaşmasının komandanı Aleksandr Sırskidən Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı sual verib. Onlar müdafiə əməliyyatının davam etdirilməsinin və Baxmutda mövqelərimizin daha da möhkəmləndirilməsinin tərəfdarı olduqlarını deyiblıər”, - Prezidentin ofisindən bildirilib.

Bundan başqa, Stavka iclasında silah və texnikanın tədarükü və əməliyyat rayonlarında paylanması məsələsinə də baxılıb.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->