Xəbər lenti

Zelenski yeni müdafiə nazirini təyin etdi
Dünya 21:45 16.07.2026

Zelenski yeni müdafiə nazirini təyin etdi

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən general-mayor Yevgeni Xmara müdafiə naziri vəzifəsinin icraçısı təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat yayıb.

"Yevgeni Xmaraya müdafiə naziri vəzifəsini icra etməyi, müdafiə sahəsində islahatları davam etdirməyi və müzakirə etdiyimiz bütün nəticələri təmin etməyi tapşırdım. Lazımi hüquqi prosedurlar başa çatdıqdan sonra onun bu vəzifəyə rəsmən təsdiqlənməsi üçün parlamentə müraciət edəcəyəm", - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, general ilə Rusiyaya qarşı uzaqmənzilli əməliyyatların keçirilməsi, habelə təhlükəsizlik bölmələrinin və Ukrayna Müdafiə Qüvvələrinin lazımi vasitələrlə təmin olunması məsələlərini müzakirə edib.

Xatırladaq ki, daha əvvəl Mixail Fyodorov Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin və Baş Qərargah rəisi Andrey Qnatovun dəyişdiriləcəyi təqdirdə, ölkəsinin müharibədə qalib gələ biləcəyini bəyan etmişdi. Bundan əlavə, Fyodorov prezidentin ona müşavir olmaq təklifini rədd etdiyini də bildirmişdi.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->