Ukrayna Prezidenti Vladimir Zelenski Amerika şirkətlərini Qara dəniz şelfinin dəyərli ehtiyatlara sahib olması üçün hazırlanmasında iştirak etməyə dəvət edib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu haqda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra məlumat verib.
Zelenski ABŞ-ı Ukrayna neft və qazının inkişafında və hasilatında Qara dənizin şelfi də daxil olmaqla iştirak etməyə dəvət etdiyini vurğulayıb. Zelenski həmçinin ABŞ-ın Ukraynanın əsas müttəfiqi olaraq qaldığını vurğulayıb. Vaşinqton 2020-ci ildə Kiyevə 700 milyon dollar məbləğində maddi yardım göndərəcək.
Zelenski eyni zamanda, Şimal axını-2-yə qarşı tətbiq olunan sanksiyalara görə Pompeoya təşəkkür edib. Pompeo Vaşinqtonun Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiyini də əlavə edib:
"ABŞ Krımı heç vaxt Rusiyanın ərazisi kimi tanımayacaq. Bilirəm ki, investisiyalar artmaqda davam edəcək".
Alpər