Xəbər lenti

Zelenskidən Azərbaycanvarı bəyanat: “Minsk qrupu boş kağız parçasıdır”
Dünya08:33 12.09.2022

Zelenskidən Azərbaycanvarı bəyanat: “Minsk qrupu boş kağız parçasıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski hazırda Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq fikrində olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, Rusiyanın strategiyası Ukraynanın bəzi hissələrini işğal etmək, müzakirələr və razılaşmalarla vaxt udmaq, güc qazanmaq və yeni işğallara başlamaqdır.
Onun sözlərinə görə, hazırda Ukraynanın əsas məqsədi bütün işğal olunmuş ərazilərin qaytarılmasıdır.
"Bilirəm ki, bəzi dövlətlər bizi Minsk prosesi istiqamətinə yönəltməyə çalışacaq. İstəyirəm, hamı başa düşsün ki, yolun biri diplomatik həlldir, digəri isə Minsk-2, -3, -5, -10. Bunlar fərqli şeylərdir, çünki o Minsk formatı boş kağız parçasıdır və Rusiyaya növbəti işğaldan əvvəl istirahət etməyə imkan verəcək”, - dövlət başçısı bildirib.
Zelenski həmçinin qeyd edib ki, o, hələlik Rusiya Federasiyası tərəfdən konstruktiv dialoqa girmək istəyi görmür:
"Bu gün mən onların konstruktiv olmaq istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bu ultimatumları kimin irəli sürməsi məni maraqlandırmır - o (Putin) və ya başqası. Bu mənim prinsipimdir: mənə ultimatum verənlərlə danışığa getməyəcəyəm”, - deyə prezident vurğulayıb.
O bildirib ki, Rusiya ilə danışıqlara yalnız təcavüzkar öz qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra başlamaq mümkün olacaq.
Alpər