Xəbər lenti

Zelenskidən Baxmutla bağlı yeni açıqlama
Dünya 15:26 21.05.2023

Zelenskidən Baxmutla bağlı yeni açıqlama

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri hələ də Baxmutdadır və "çox vacib vəzifəni” yerinə yetirir, şəhər ruslar tərəfindən "ələ keçirilməyib”.

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Yaponiyada keçirdiyi brifinqdə bildirib. Vurğulayıb ki, Ukrayna ordusu hərbçilərin və kəşfiyyatın cəsarəti sayəsində dayanaraq döyüşür:

"Heç bir anlaşılmazlıq yoxdur. Mən Baxmutda nə baş verdiyini aydın başa düşürəm. Və biz hamımız bilirik ki, bütün bunlar nə üçün baş verir. Ordumuzun hədəflərini və taktiki fikirlərini sizinlə bölüşə bilmərəm...".

Zelenski vurğulayıb ki, hərbçilər "lazım olan kimi" hərəkət edirlər, çünki onlar insanların həyatına dəyər verirlər. Onun sözlərinə görə, ruslar tərəfindən mühasirəyə alınmaq və əsir düşmək çətin an olardı, lakin Ukrayna ordusunun döyüşçüləri "bunun qarşısını almaq üçün nə etməli olduqlarını bilirlər”.

"Bu gün onlar çox mühüm vəzifəni yerinə yetirirlər. Bu gün onlar Baxmutdadırlar. Bütün məqamları paylaşmayacağam. Amma bu, Baxmutun hazırda Rusiya Federasiyasının nəzarətində olmadığını göstərir", deyə prezident vurğulayıb.

Mayın 21-də Yaponiyada Zelenski Ukraynanın Baxmuta nəzarət edib-etməməsi ilə bağlı suala cavab olaraq, rusların şəhərin tutulması barədə məlumat verdiyinə görə belə deyib: "Düşünürəm ki, yox”. Daha sonra prezidentin mətbuat katibi Sergey Nikiforov Zelenskinin sözlərini şərh edib və Baxmutun rus hərbçiləri tərəfindən tutulmasını təkzib edib.

Həmçinin Ukrayna Müdafiə Nazirliyi "rusların şəhəri mühasirəyə ala bilmədiyini, düşmənin şəhər ətrafındakı dominant yüksəkliklərin bir hissəsini itirdiyini" açıqlayıb. Eyni zamanda, Ukrayna ordusu Baxmutu yarımmühasirəyə alıb və "Litak” ərazisində Baxmutun sənaye və infrastruktur obyektlərinə və özəl sektoruna nəzarəti saxlayır.

Bir gün əvvəl, mayın 20-də "Vaqner”in lideri Yevgeni Priqojin Donetsk vilayətinin Baxmut şəhərinin ələ keçirildiyini açıqlamışdı. Bununla belə, eyni zamanda Ukrayna Müdafiə Nazirliyi Baxmutun itkisini inkar edib və şəhər uğrunda çox ağır döyüşlərin getdiyini vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->