"İndi bizə əliboş gələ bilməzsiniz”: Zelenski ABŞ dövlət katibi və Pentaqon rəhbərinin səfəri haqqında
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfər edəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı görüş zamanı Ukraynaya silah tədarükü və təhlükəsizlik təminatlarını müzakirə etməyi planlaşdırdıqlarını bildirib:
"Xarici liderlərin ölkəmizə səfər etməsi niyə vacibdir? Siz indi bizə əliboş gələ bilməzsiniz. Biz sizdən sadəcə hədiyyələr və ya tortlar yox, konkret şeylər və konkret silahlar gözləyirik. Ona görə də inanıram ki, biz ABŞ-dan Ukrayna üçün əvvəllər razılaşdığımız sazişi və ya silah paketinin bir hissəsini ala biləcəyik”.
"Biz bütün liderlərə müraciət edirik. Biz faciəli selfilər ölkəsi deyilik, burda əsl müharibə gedir. Lütfən gəlin, amma danışdığımız yardımlarla", deyə Zelenski bildirib.
Aydın