Xəbər lenti

Zelenskidən müsəlmanlara Qurban bayramı jesti
Dünya09:19 31.07.2020

Zelenskidən müsəlmanlara Qurban bayramı jesti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna prezidenti Vladimir Zelenski Qurban və Ramazan bayramlarına rəsmi status verilməsi məsələsinin müzakirə edilməsi ilə bağlı əmr imzalayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib. Məlumatda Qurban və Ramazan bayramlarının rəsmi dini bayram edlan edilməsi məsələsinin müzakirəsini nəzərdə tutan qərarın Nazirlər Kabinetinə təqdim edildiyi açıqlanıb. 
Açıqlamada vətəndaşların konstitusion haq və hüquqlarının, bütün insanların bərabər haq və fürsətlərdən yararlanmasının təmin edilməsi məqsədilə çoxmillətli və çoxdinli Ukrayna cəmiyyətinin tarixinə, mədəniyyətinə və ənənələrinə hörmət göstərilməsi olaraq bu təklifin irəli sürüldüyü bildirilib.
Zelenski həmçinin yəhudilərin Roş Aşana, Hanuka, Hamursuz və qərb kilsələrinin Pasxa bayramlarına da rəsmi dini bayram statusunun verilməsi istiqamətində qanunvericiliyə düzəliş edilməsi məsələsinin parlamentdə müzakirə edilməsi təlimatı da verib.
Ukrayna prezidenti eyni zamanda ölkəsindəki və bütün dünyadakı müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Rəsmi sosial şəbəkə hesabından paylaşılan təbrikdə bu fikirlərə yer verilib: 
"Bu bayram insanların qəlblərini mərhəmət və yaxınlarına qarşı sevgi ilə doldurur, ümid və ədalət işığı verir. Ukraynadakı müsəlman cəmiyyətinin ölkə xalqının mənəvi zənginliyi ilə müxtəlifliyin qorunması və ölkədə sülhün və dinlərarası uyğunluğun təmin edilməsi istiqamətindəki töhfələrini təqdir edirik və onlara minnətdarıq. Müsəlmanlara sağlamlıq, rifah və bəxt açıqlağı diləyir, insanlar üçün bu önəmli zaman saf düşüncələr, xeyirli işlər, birlik və qardaşlıq duyğuları ilə dolu olsun".
Camal