Xəbər lenti

Zelenskidən NATO ölkələrinə xəbərdarlıq: “Rusiya dayanmayacaq"
Dünya13:08 24.03.2022

Zelenskidən NATO ölkələrinə xəbərdarlıq: “Rusiya dayanmayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Ukraynada dayanmaq niyyətində deyil:
"Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir. Daha bizə deməyin ki, sizin ordunuz NATO standartlarına uyğun deyil. Biz standartlarımızın nəyə qadir olduğunu artıq göstərmişik”.