Xəbər lenti

Zelenskidən rusiyalı əsgərlərə: "Yaşamaq istəyirsinizsə, qaçın"
Dünya05:30 29.09.2022

Zelenskidən rusiyalı əsgərlərə: "Yaşamaq istəyirsinizsə, qaçın"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cəbhədəki vəziyyət tam aydındır. Rusiya əsgərləri yaşamaq istəyirlərsə, döyüş meydanından qaçsalar yaxşıdır”.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Ukrayna lideri ölkənin düşmənlərini Ukrayna torpağına çıxmamağa, həmçinin Ukrayna ruhuna və Ukrayna mədəniyyətinə toxunmamağa çağırıb:
"Yalnız rus dilini başa düşənlər üçün bir daha təkrar edirəm. Yaşamaq istəyirsinizsə, qaçın. Yaşamaq istəyirsinizsə, təslim olun. Yaşamaq istəyirsinizsə, öz azadlığınız üçün küçələrdə mübarizə aparın. Onsuz da rusiyalılar çox şeydən məhrum olub. Hansınızın neft buruqları var? Saraylarınız var? Üzüm bağlarınız var? Bəlkə, yaxtalarınız var? Yoxsa hansısa bank? Nə üçün mübarizə aparırsınız? Yalnız kreditiniz var, axşama yeməyə bir şey və indisə - səfərbərlik”.