Xəbər lenti

Zelenskini hansı səbəb danışıqlara məcbur edə bilər? - Berluskonidən iddia
Dünya 16:16 31.10.2022

Zelenskini hansı səbəb danışıqlara məcbur edə bilər? - Berluskonidən iddia

Silah yardımı dayandırılsa və əvəzində yalnız yenidənqurma yardımı təklif edilsə, Ukrayna Rusiyaya danışıqlara gedə bilər.

Qaynarinfo "La Repubblica” nəşrinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın keçmiş baş naziri və hazırkı hökumət koalisiyasına daxil olan "İrəli İtaliya!” partiyasının lideri Silvio Berluskoni italyan jurnalist Bruno Vespiyə müsahibəsində bildirib.

"Ukrayna və Rusiya Federasiyası arasında danışıqlar o zaman mümkündür ki, Ukrayna nə vaxtsa artıq silah və yardıma arxalana bilməyəcəyini başa düşsün, bunun müqabilində Qərb ona müharibənin nəticəsində dağıdılmış şəhərlərin bərpası üçün yüz milyardlarla dollar ayıracağını vəd etsin. Belə olan halda Zelenski danışıqlar masası arxasına əyləşməyə razı ola bilər”, deyə siyasətçi bildirib.

Vespinin danışıqlardan əvvəl Rusiyanın Ukrayna ərazisindən qoşunlarını çıxarmalı olduğunu deməsinə cavab olaraq Berluskoni bildirib ki, Krımın Rusiya Federasiyasına birləşməsi məsələsi müzakirə edilməməlidir, lakin Qərbin nəzarəti altında Donbasda yeni referendum keçirilməlidir. 

Bundan əlavə, "İrəli, İtaliya!" Putinin "dünyəvi adam” olduğuna əmin olduğunu bildirib. Eyni zamanda etiraf edir ki, müharibənin əvvəlində iki dəfə ona zəng etməyə çalışıb və uğursuzluğa düçar olub, ondan sonra bir daha belə cəhdlər etməyib.

Mərkəzçi müxalifət "Hərəkət!” partiyasının lideri İtaliyanın keçmiş baş nazirinin açıqlamalarına artıq reaksiya verib. Carlo Kalenda "Berluskoni nəticələrə baxmayaraq, Putinin təbliğatını aparmağa davam edir" ifadəsini işlədib.

Bu, "İrəli, İtaliya!” liderinin Rusiyanın Ukraynaya müdaxiləsi barədə ilk qalmaqallı açıqlama deyil. Rusiyanın prezidentilə dostluğu ilə tanınan Berluskoni parlament seçkiləri ərəfəsində Rai telekanalına açıqlamasında deyib ki, Putini Ukraynaya qarşı müharibəyə Rusiya xalqı, partiyası, onun nazirləri sövq edib və işğalın məqsədi guya Kiyevdə "layiqli insanlar” hökuməti yaratmaq idi.

Daha sonra İtaliya mediası Berluskoninin partiya yoldaşları ilə görüşünün audio yazısını dərc edib. Burada o, Ukraynanı və onun prezidenti Volodimir Zelenskini müharibənin başlamasında birbaşa ittiham edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->