Xəbər lenti

Zelenskinin ABŞ-a niyə getdiyi məlum oldu: Politico onun istəklərini yazdı
Dünya10:16 21.12.2022

Zelenskinin ABŞ-a niyə getdiyi məlum oldu: Politico onun istəklərini yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Volodimir Zelenskinin başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin ABŞ-a səfəri zamanı Ukrayna prezidenti ABŞ hakimiyyət orqanlarından ATACMS taktiki ballistik raketləri və "Grey Eagle” və "Reaper” pilotsuz uçuş aparatları istəyəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Görüşün təfərrüatları ilə tanış olan qəzetin mənbəsinin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin daha bir "raund” tələbləri ilə çıxış edəcəyi, xüsusən də təqribən 300 km məsafəni əhatə edən ATACMS "yer-yer” tipli raketlərinin, eləcə də kəşfiyyat və zərbə pilotsuz uçuş aparatları "Grey Eagle” və "Reaper”in tədarükünü xahiş edəcəyi gözlənilir. 
"Politico”ya görə, ABŞ rəsmiləri bu xahişləri yerinə yetirməyə hazır deyil. Bundan əvvəl Ağ Ev yüksək xərclər, eləcə də Rusiyanın cavab olaraq "daha da ölümcül silahlardan” istifadə edə biləcəyi qorxusu səbəbindən Ukraynaya ATACMS göndərməkdən qəti şəkildə imtina edib.
Nəşrin yazdığına görə, Vaşinqtonun qərarsızlığı Ukrayna rəsmilərini narahat edib və Ukraynanın ali hərbi rəhbərliyini digər ölkələrdən, o cümlədən Qərb alyansına daxil olmayan ölkələrdən kömək istəməyə məcbur edib. İndi ukraynalılar qorxurlar ki, bu qış döyüş meydanında irəliləyə bilməyəcəklər və rus qoşunlarının Xersondan çıxarılmasından sonra əldə etdikləri sürəti itirəcəklər, - ABŞ qəzeti qeyd edir.
Volodimir Zelenski bu gün, dekabrın 21-də ABŞ-a uçub. O, prezident Co Baydenlə görüşməli və Konqres üzvlərinə müraciət etməlidir. ABŞ mediasının məlumatına görə, ABŞ lideri Co Bayden Ukrayna prezidenti ilə yerli vaxtla saat 14.00 (Baxı vaxtı ilə saat 23.00) Ağ Evdə görüşəcək. Bundan sonra saat 16.30-da (Bakı vaxtı ilə 22 dekabr saat 01.30-da) dövlət başçılarının mətbuat konfransı keçiriləcək. Rəsmi səfər Ukrayna prezidentinin Bakı vaxtı ilə 22 dekabr saat 04.30-da Konqresə müraciəti ilə başa çatır. Qeyd edək ki, bu, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Ukrayna prezidentinin ilk xarici səfəridir. Zelenski Tvitter hesabında yazıb ki, onun məqsədi Ukraynanın möhkəmliyini və müdafiəsini gücləndirməkdir.
Digər məlumata görə, bu gün, dekabrın 21-də Ağ Ev Ukraynaya ABŞ-ın "Patriot” hava hücumundan müdafiə raket sistemini də əhatə edəcək 2 milyard dollarlıq yeni yardım paketinin anonsunu verib. Bu barədə rəsmi məlumat Zelenskinin səfər çərçivəsində açıqlanması gözlənilir. 
Bundan əvvəl Rusiya hakimiyyəti xəbərdarlıq edib ki, Ukraynaya "Patriot” komplekslərinin tədarükü ciddi eskalasiya təhlükəsi yaradır.
Nizami Bağırov